image-krd_002110_00009_1_t218_103222backend

Kremldə Kadırov şoku – “Bu postu tutsa, bütün Rusiyanı ələ keçirəcək” 

Rusiyanın Ukraynaya hücum edən gündən bölgəyə qoşun göndərən və ölkə lideri Vladimir Putinə yaxınlığı ilə tanınan Çeçenistan başçısı Ramazan Kadırov Kremlin sözçüsü Dmitri Peskovu tənqid atəşinə tutub.

Alp.az xəbər verir ki. Kadırov Peskovu müharibənin qızğın vaxtında belə “əsl vətənpərvər” kimi davranmamaqda ittiham edib.

“Bununla bağlı nəsə etmək lazımdır”, – çeçenlərin başçısı bildirib.

Məsələyə münasibət bildirən rus politoloq Kirill Roqov deyib ki, Peskov Putinin simvolu, bir növ mücəssəməsi sayılır və buna heç kim etiraz etmirdi: “Amma indi vəziyyət dəyişib”.

Çeçenistan lideri Ukrayna danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskini də hədəfə almışdı.

İngiltərənin “The Times” qəzeti Kadırovun Ukraynaya müdaxilədən cəsarətləndiyini yazıb:

“Kadırov Kremlin təhlükəsizlik qanadının rəhbərlərini gözdən salmaq üçün güclü kampaniyaya başlayıb. İndi vəziyyət o qədər mürəkkəbdir ki, bundan istifadə edərək uğur qazana bilər. Əgər Putin təhlükəsizlik blokunu qismən də olsa, ona versə, sabah bütün Rusiya onun əlində olacaq”.

Kremlə yaxınlığı ilə tanınan siyasi analitik Tatyana Stanovaya isə hesab edir ki, Kadırovun təhlükəsizlik qanadına nəzarəti ələ almasını gözləmək çox çətindir:

“Bəli, Kadırov Kreml üçün problemdir. Amma Putinin onu Kremlə çağırması və keçə bilməyəcəyi “qırmızı xətlər”inin olduğunu söyləməsi kifayətdir. O, hazırda başqa işlərlə məşğuldur”.

Məsələ ilə bağlı sualı cavablandıran Peskov Kadırovun şərhlərini rədd etməyə çalışaraq, kimin ən vətənpərvər olduğunu sübut etməklə rəsmi şəxslərin bir-birini ötməyə çalışmasının faydasız olduğunu deyib.Teleqraf.com

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki