Kredit faizləri haqda yeni xəbər

🗓 12.04.2017 11:43 ✍️ "Elçi" qəzeti
Kredit faizləri haqda yeni xəbər
Kredit faizləri haqda yeni xəbər
Mərkəzi Bankın Statistik Bülleteninə əsasən, 2017-ci ilin mart ayının əvvəlinə manatla verilən kreditlər üzrə orta faiz dərəcəsi 12.42%, xarici valyuta ilə verilən kreditlər üzrə isə 8.81% təşkil edib.
Elchi.az fins.az-a istinadən xəbər verir ki, manatla olan kreditlər üzrə orta faiz dərəcəsi 2017-cı ilin fevral ayının əvvəlinə olan göstərici ilə müqayisədə 0.14 faiz bəndi artıb.
Xarici valyuta ilə verilmiş kreditlər üzrə faiz dərəcəsi isə 2017-cı ilin fevral ayının əvvəlinə olan göstərici ilə müqayisədə 0.09 faiz bəndi azalıb.
Elchi.az

Bənzər yazılar