Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 epidemiyası nəticəsində dünyada gözlənilən ömür uzunluğunun təxminən 2 il azaldığını açıqlayıb.
Elchi.az xəbər verir ki, ÜST-nin saytında verilən açıqlamada, COVID-19 epidemiyası zamanı dünyada orta ömür uzunluğundakı irəliləyişlərin tərsinə çevrildiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, 2019-2021-ci illərdə COVID-19 epidemiyası səbəbindən gözlənilən ömür uzunluğu 1,8 il azalaraq orta hesabla 71,4 yaşa düşüb.
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Ghebreyesus mövzu ilə bağlı verdiyi açıqlamada, “Covid-19 epidemiyası gözlənilən ömür uzunluğundakı 10 illik artımı cəmi 2 ildə geri çevirdi” dedi. dedi.
Qebreyesus, gələcək nəsilləri qorumaq üçün ölkələrin qlobal epidemiya sazişi üzərində razılaşmalı olduğunu vurğulayıb.
Nuranə Məmmədova