Gürcüstanın baş naziri İrakli Kobaxidze iyunun 11-12-də Almaniyanın paytaxtı Berlində Ukraynanın bərpası ilə bağlı konfransda iştirak edəcək.
Elchi.az RİA.ru-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Gürcüstanın baş naziri İrakli Kobaxidze dünya liderləri ilə birlikdə iyunun 11-12-də Berlində keçiriləcək Ukraynanın Yenidənqurma Konfransında (UCR2024) iştirak edəcək. Tədbirin əsas məqsədi Ukraynanın bərpası, yenidən qurulması, islahatları və modernləşdirilməsi üçün beynəlxalq dəstəyin konsolidasiyasıdır”, – deyə mətbuat xidmətinin məlumatında qeyd olunub.
Yeganə