Kamboca İsveçrədə Ukrayna sammitində iştirak etməyəcək , çünki Rusiya orada olmayacaq.
Elchi.az xəbər verir ki, bu barədə Kambocanın “Khmer Times qəzeti” yazır.
“ Kamboca Senatının sədri Hun Sen Pnom Penin mövqeyini bir daha bəyan edib ki, münaqişənin bütün tərəfləri, xüsusən də Rusiya iclasda iştirak etməsə, ölkə sammitdə iştirak etməyəcək”.
Bundan əvvəl Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev bildirmişdi ki, Ukrayna üzrə İsveçrə konfransı hələ başlamamış uğursuzluqla nəticələnib.
Nuranə Məmmədova