Çeçenistan rəhbəri Ramzan Kadırov Xüsusi Hərbi Əməliyyat (SVO) zonasından aldığı kuboku göstərib.
Elchi.az xəbər verir ki, o, şəkli Teleqram kanalında yayımlayıb.
Fotoda Rusiya vilayətinin rəhbəri əlində Ukrayna Silahlı Qüvvələrinin 128-ci dağ-hücum briqadasının batalyonlarından birinin bayrağını tutur. Onun yanında Yuq-Axmat batalyonunun komandiri Musa İblayev dayanır.
Kadırovun sözlərinə görə, bayraq Zaporojye vilayətində Ukraynanın mövqelərinə hücum zamanı ələ keçirilib.
“Əgər bir bölmə bayrağını itiribsə, bu, orada vəziyyətin həqiqətən pis olduğunu göstərir”,deyə Kadırov paylaşımında qeyd edib.
Yeganə
Mənbə: Lenta.ru