“Rusiya xalqları heç vaxt olmadığı qədər birləşib. Bunu yaxşı və pis dinlərə bölmək lazım deyil, təqdir etmək lazımdır”.
Elchi.az xəbər verir ki, bu fikirləri Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Teleqram kanalında yazıb.
O, müsəlmanların terror aktı törətmədiyini vurğulayıb. Kadırov əlavə edib ki, dini fanatiklərin və Quran, İncil və Tövratla heç bir əlaqəsi olmayan şeytanların fikirləri ilə qarışdırmaq olmaz.
Onun sözlərinə görə, diqqətli olmaq və Rostov-na-Donu istintaq təcridxanasında girov götürülməsini və ya Dağıstandakı terror aktını dinlə əlaqələndirməmək lazımdır.
Xatırladaq ki, iyunun 23-də Dağıstanın Mahaçqala və Dərbənd şəhərlərində silsilə terror aktları baş verib. Hücum edənlər pravoslav kilsələrinə, sinaqoqlara və yol polisi postuna hücum ediblər. Bu hadisədə 21 nəfər ölüb.
Yeganə
Mənbə: Vesti.ru