İstanbulun Bağçılar səmtində partlayış baş verib, sonra yanğın başlayıb. Elchi.az xəbər verir ki, bu barədə “DHA” agentliyi yazır.
“İlkin məlumatlara görə, beş nəfər xəsarət alıb”, – deyə nəşr bildirib.
Partlayışın müəssisələrdən birinin istifadə etdiyi otaqda baş verdiyi dəqiqləşdirilir. Hadisənin səbəbi hələlik məlum deyil.
Havar Şəfiyeva