İsrail ordusunun Qəzza zolağına son 10 gündə həyata keçirdiyi hücumlarda 647 fələstinli həyatını itirib.
Elchi.az xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə son 10 gündə yaralanan fələstinlilərin sayı 2 min 539-a yüksəlib.
İsrail ordusunun son 10 gündə Qəzzaya təşkil etdiyi hücumlarda 647 nəfər həyatını itirib.
Səhiyyə Nazirliyinin bu gün verdiyi açıqlamaya görə, İsrail ordusunun Qəzzanın müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi 4 “qırğın”da 71 nəfər həyatını itirib, 182 nəfər isə yaralanıb.
İsrailin 7 oktyabr 2023-cü ildə Qəzzaya başlatdığı hücumlarda 242 gündə ölənlərin sayı 36 min 550, yaralıların sayı isə 82 min 959-a yüksəlib.
Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi də bildirilib.
Nuranə Məmmədova