Elchi.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar Yardım Koordinasiya İdarəsi (OCHA) İsrailin Rəfahdakı hücumlarından sonra humanitar yardımın 67 faiz azaldığını açıqlayıb.
OCHA-nın verdiyi açıqlamada, “7 Maydan bu yana Qəzzaya humanitar yardım axını 67 faiz azalıb. Bu, Rəfah sərhəd qapısının bağlanması, Kerem Şalom sərhəd qapısından malların təhlükəsiz və dayanıqlı qəbul edilməməsi və digər giriş məntəqələrindən çatdırılmaların məhdud olması ilə bağlıdır. Rəfahda artan qarşıdurma, təhlükəsizlik və evakuasiya əmrləri, habelə resursları köçkünlərin sığınacaq axtardığı ərazilərə yönəltmək zərurəti nəticəsində Rəfahda səhiyyə, humanitar və sosial xidmətlər bir-birinin ardınca bağlanmağa məcbur olur”. deyilib.
Şayəstə Hüseynova