İsrailin Livanın cənubuna hücumu: 2 ölü

İsrailin Livanın cənubundakı Cenam bölgəsinə hücumu nəticəsində iki nəfər həlak olub.
Elchi.az xəbər verir ki, Livanın NNA xəbər agentliyində yer alan xəbərə görə, İsrail ordusu Livanın cənubundakı Cenam bölgəsindəki Şeba qəsəbəsində bir ata və iki oğlunu hədəf alıb.
Hücum zamanı ata və bir oğul həlak olub, digər oğul isə yaralanıb.
2024-cü il noyabrın 27-də İsrail və Livan arasında atəşkəs razılaşmasına baxmayaraq, İsrail müqaviləni tez-tez pozur.
Livana qurudan hücumlar zamanı sərhəddəki qəsəbələrə daxil olan İsrail ordusu, atəşkəs razılaşmasındakı geri çəkilmə bəndinə baxmayaraq 5 nöqtədə mövcud olmağa davam edir.
Havadan və qurudan hücumlarla sərhədə yaxın qəsəbələrdə böyük dağıntılara səbəb olan İsrail, atəşkəsdən aylar keçməsinə baxmayaraq Livanın cənubundakı avtomobilləri və bəzi nöqtələri PUA-larla hədəf almağa davam edir.
Şayəstə Hüseynova