İsrail bütün reaksiyalara baxmayaraq Qəzza zolağının bombardmanını davam etdirir .
Bölgədə 233 gündür davam edən hücumlarda can itkisi günü-gündən artır.
Elchi.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, İsrail qüvvələrinin son 24 saat ərzində həyata keçirdiyi 8 fərqli hücumda 81 mülki vətəndaş həyatını itirib, 223 fələstinli isə yaralanıb.
Açıqlamada oktyabrın 7-dən bəri davam edən bombardmanların balans hesabatına da yer verilib və bölgədə can itkisinin 35 min 984-ə, yaralı sayının isə 80 min 643-ə yüksəldiyi bildirilib.
Nuranə Məmmədova