image-bd773b17-953c-396e-a68b-602e046d2ef2_850backend

İsraildə 240 bomba sığınacağı açılıb

Təl-Əvivdə İsrailin Arxa Cəbhə İdarəsinin göstərişi ilə ictimai tədbirlər ləğv edilib və çimərliklər bağlanıb.

Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər merinin müşaviri İlana Mixaeli bildirib.

“Şəhərdə 240 bomba sığınacağı açılıb, çimərliklər və mədəniyyət müəssisələri bağlanıb, ictimai tədbirlər ləğv edilib. Lazım gəlsə, yeraltı dayanacaqlardan bomba sığınacağı kimi istifadə etmək proqramı var”, – o deyib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, 200-dən çox mülki insanı girov götürməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki məscidə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam blokadaya aldığını elan edərək, onu və Livan və Suriyanın müəyyən bölgələrini vurmağa başlayıb, bundan sonra Fələstin anklavında quru əməliyyatına başlayıb.

Havar Şəfiyeva

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki