İsrail Rusiyaya qarşı sanksiyalar üzərində işə başlayıb.
Alp.Az-ın gazeta.ru-ya istinadən verdiyi məlumata görə, İsrailin xarici işlər naziri Yair Lapid bildirib ki, İsrail ABŞ və Qərb ölkələrinin ona qarşı tətbiq etdiyi iqtisadi sanksiyalardan yan keçmək üçün Rusiyanın ondan istifadə etməsinə icazə verməyəcək.
Onun rəhbərlik etdiyi qurum İsrail Bankı, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, aeroport rəhbərliyi, Energetika Nazirliyi və digər qurumların da daxil olduğu sanksiyalar mövqeyini əlaqələndirir.