İsrail Müdafiə Qüvvələrinin döyüş təyyarələri Livanın cənubunda şiə silahlı Hizbullah hərəkatının hədəflərinə hücum edib .
Elchi.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Gecə saatlarında Hərbi Hava Qüvvələri Livanın cənubundakı Blida, Yaroun və Teir Harfa ərazilərində “Hizbullah” terror təşkilatının infrastruktur obyektlərinə zərbələr endirib . Bundan əlavə, Aytarun bölgəsində “Hizbullah”ın hərbi obyektinə də zərbə endirilib . İD artilleriyası. həmçinin Labune və Çixine rayonlarında təhdidləri aradan qaldırmaq üçün zərbələr endiriblər”, – məlumatda deyilir.
Nuranə Məmmədova