İsrail döyüş təyyarələrinin bu gecə Xan Yunus şəhərinə həyata keçirdiyi hava hücumunda aralarında uşaqların da olduğu çoxlu sayda fələstinlinin həlak olduğu, çox sayda insanın isə yaralandığı bildirilib.
Elchi.az xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi “WAFA” məlumat yayıb.
İsrail döyüş təyyarələrinin Xan Yunisin cənubundakı Mean bölgəsində Əbu Cəzer ailəsinə aid bir evə təşkil etdiyi hava hücumunda aralarında uşaqların da olduğu çox sayda insan həyatını itirib.
Yerli mənbələr İsrail tanklarının Yebna düşərgəsinin mərkəzində, şəhərdəki Əl-Huda məscidinin yanında, Kiir qovşağının yaxınlığında, Əli İbn Əbi Talib məscidinin yanında və Əl-Avda, Ən-Nəcmədə yerləşdirildiyini bildirir.
Nuranə Məmmədova