Birləşmiş Millətlər Təşkilatı Livan-İsrail sərhədini təmsil edən “Mavi xətt”də artan gərginliyə diqqət çəkərək, bölgədə hərtərəfli müharibə ehtimalına qarşı xəbərdarlıq edib. BMT tərəfləri təmkinli olmağa çağırıb.
Elchi.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Livan – İsrail sərhədində artan gərginlikdən narahatlığını bildirib. Mövzu ilə bağlı BMT sözçüsündən yazılı açıqlama verilib.
Açıqlamada bölgədə gərginliyin artmasının qarşısının alınması lazım olduğu və yanlış hesablamanın ani regional partlayışa səbəb ola biləcəyi vurğulanıb.
Bəyanatda diplomatik həllin yeganə variant olduğu vurğulanıb və tərəflərdən münaqişəyə son qoyulması və BMT Təhlükəsizlik Şurasının müvafiq qərarının icrası tələb olunub.
Nuranə Məmmədova