Qəzza zolağına hücumların başladığı 7 oktyabr 2023-cü ildən bu yana işğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələri tərəfindən nəzarətə alınan fələstinlilərin sayı 8 min 745-ə yüksəlib.
Elchi.az xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Edilən Heyət tərəfindən verilən ortaq açıqlamada İsrail əsgərlərinin oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahilində həyata keçirdikləri həbslər barədə məlumat verilib.
İsrail əsgərlərinin son 24 saat ərzində işğal altındakı İordan çayının qərb sahilində yerləşən Beytüllahim, Hebron, Tulkərim, Qalqaliyyə və Qüds şəhərlərində aralarında əvvəllər azad edilmiş məhbusların da olduğu 20 fələstinlini nəzarətə götürdüyü bildirilib.
İsrailin Qəzzaya şiddətli hücumlara başladığı 7 oktyabrdan bəri işğal altındakı İordan çayının qərb sahilində nəzarətə alınan fələstinlilərin sayının 8 min 745-ə yüksəldiyi bildirilib.
İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə oktyabrın 7-dən bu yana İsrail əsgərləri və qeyri-qanuni yəhudilərin hücumları nəticəsində 498 fələstinli həyatını itirib.
Şayəstə Hüseynova