İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilində son 24 saatda daha 12 fələstinlini nəzarətə götürdüyü, oktyabrın 7-dən bu yana nəzarətə alınan fələstinlilərin sayının isə 8 min 825-ə yüksəldiyi bildirilib. Elchi.az xəbər verir ki, Fələstin Azadlıq Təşkilatına bağlı nümayəndə heyəti, İsrail qüvvələrinin son 24 saatda İordan çayının qərb sahilindəki Beytlehem, Hebron və Nablus şəhərlərinə təşkil etdiyi basqınlarda ən az 12 fələstinlini nəzarətə götürdüyü ifadə edilib.
Qeyd olunub ki, basqınlar zamanı fələstinlilər döyülüb, məhbusların ailələrinə təzyiq və təhdidlərə məruz qalıb, insanların evləri dağıdılıb.
İordan çayının 7 oktyabr 2023-cü ildən bu yana İsrail qüvvələri tərəfindən İordan çayının qərb sahilində nəzarətə alınan fələstinlilərin sayının 8 min 825 nəfərə çatdığı bildirilib.
Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail əsgərləri və qeyri-qanuni yəhudi bhücumları nəticəsində 514 fələstinli həyatını itirib.
Şayəstə Hüseynova