image-555backend

İrəvanda şok cinayət: Məşhur rusiyalı vəkil öldürüldü 

Rusiyalı məşhur vəkil,  “Advokat-9” hüquq bürosunun rəhbəri Viktoriya Popova İrəvanda  qaldığı  ölü tapılıb. Alp.az Rusiya mediasına istinadən xəbər verir ki. vəkilin boğularaq öldürüldüyü istisna deyil. Artıq Rusiya hüquq mühafizə orqanlarının əməkdaşlarının İrəvana ezam olunduğu bildirilir.

Viktoriya Popova yaxınları araşdırmanın obyektiv aparılması üçün Rusiya Federasiyasının İstintaq Komitəsindən adam öldürmə maddəsi ilə cinayət işinin başlanmasını xahiş ediblər.

Onun təqribən 3 gün öncə öldürüldüyü iddia edilir. Peşəkar vəkil olan Viktoriya Popova Ermənistan Daxili İşlər Nazirliyinin dəvəti ilə bir həftə öncə İrəvana gəlmişdi. Qeyd edək ki, Viktoriya Popova uzun illər Rusiya hüquq-mühafizə orqanlarında işləyib, ehtiyyatda olan polkovnikdir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki