image-84463_b_copybackend

İrəvanda güclü partlayış: yaralılar var

Bu gün səhər saatlarında İrəvanda partlayış baş verib.

Alp.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Ermənistan Fövqəladə Hallar Nazirliyi təsdiqləyib.

İlkin məlumata görə, partlayış nəticəsində ölənlər var.

“Oktyabrın 9-da saat 9.15-də (Bakı vaxtı ilə 9.15) Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin növbətçi pultuna İrəvanın Baqratunyats prospektində partlayışın baş verməsi, yanğının başlaması, xəsarət alanların olması barədə məlumat daxil olub”, – məlumatda deyilir.

Baş verən partlayışda ölənlərlə bağlı məlumat dəqiqləşdirilir.

Hadisə yerinə iki yanğınsöndürən briqada göndərilib. Hələlik hadisənin başqa təfərrüatları açıqlanmır.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki