İsveç İraqda silahlı hücumda iştirak etdiklərinə görə üç vətəndaşının ölüm cəzasına məhkum edildiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, İsveç Xarici İşlər Nazirliyi İraqda silahlı hücumda iştirakda ittiham olunan 3 İsveç vətəndaşının edam cəzasına məhkum edildiyini açıqlayıb.
Nazirlikdən verilən açıqlamada bildirilib ki, 1 nəfərin cəzası ötən ay müəyyən edilib, digər 2 nəfərə isə bu gün hökm oxunub. Açıqlamada bildirilib ki, daha bir İsveç vətəndaşı narkotiklə bağlı cinayətə görə ölüm cəzasına məhkum oluna bilər, lakin bu məlumat hələ ki, təsdiqini tapmayıb: “Ölüm hökmləri ilə bağlı əldə etdiyimiz məlumatlar son dərəcə ciddidir. “Biz hökmlərin icra olunmaması üçün çalışırıq”.
Ölüm cəzası olmayan İsveç cinayətkarların ölüm cəzasına qarşı çıxır.
İyun ayında İsveç mətbuatında yer alan xəbərdə sözügedən şəxslərin yanvar ayında İraqda daha bir İsveç vətəndaşının güllələndiyi silahlı hücumda iştirak etdiyi bildirilmişdi.
Şayəstə Hüseynova