İranda prezidentliyə namizədlərin seçki kampaniyasının müddəti başa çatıb. Bu gün ölkədə sükut günüdür.
Elchi.az-ın xəbərinə görə, İslam Respublikasının Seçki Qərargahının elanında bildirilir ki, bütün namizədlərə, partiyalara, siyasi hərəkatlara və onların tərəfdarlarına müəyyən edilmiş müddət bitdikdən sonra namizədlərin müdafiəsi ilə bağlı hər hansı təşviqat tədbirindən çəkinmələri, habelə səsvermə günü hər hansı təşviqat simvollarını taxmaq qadağandır.
Qeyd edək ki, prezidentliyə namizəd uğrunda beş siyasətçi mübarizə aparır. Onların arasında parlamentin sədri Məhəmməd Baqir Qalibaf, Tehran meri Əlirza Zəkani, Ruhani Rəhbərin Respublika Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, keçmiş daxili işlər və ədliyyə naziri Məsud Pezeşkiyan var. Əvvəlcə Konstitusiya Keşikçiləri Şurası altı nəfərin seçkilərdə iştirakına icazə verib, lakin vitse-prezident Əmir Hüseyn Qazizadə Haşimi iyunun 26-da digər mühafizəkar namizədlərin xeyrinə namizədliyini geri götürdüyünü elan edib.
Seçkiqabağı təşviqat üçün ayrılmış iki həftə ərzində namizədlər arasında beş raund teledebat keçirilib. Onların hər biri konkret mövzuya həsr olunmuşdu: iqtisadiyyat, xarici siyasət, mədəniyyət, sosial siyasət və dövlət işinin səmərəliliyinin artırılması.
Seçkiqabağı kampaniya zamanı keçirilən ictimai rəy sorğularının son nəticələrinə görə, hazırda lider mövqedə islahatçı Məsud Pezeşkiyandır. Sonra mühafizəkarlar Cəlili və Qalibaf müvafiq olaraq ikinci və üçüncü yerdədirlər.
Xatırladaq ki, İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək.
Yeganə
Mənbə: RİA.ru