İranda növbədənkənar seçkilər ölkə prezidenti İbrahim Rəisinin may ayında təyyarə qəzasında həlak olmasından sonra başlayıb.
Elchi.az xəbər verir ki, seçki məntəqələri cümə günü, iyunun 28-də saat 8:00-da açılıb.
Bu posta 4 namizəd mübarizə aparır, onlardan yalnız biri mühafizəkarların düşərgəsinə aid deyil.
Rəisinin ölümündən sonra respublika hakimiyyəti prezident seçkiləri elan etdi. İran konstitusiyasına görə, onlar prezidentin ölümü və ya fəaliyyət qabiliyyətini itirməsi elan edildikdən sonra 50 gün ərzində keçirilməlidir. Hələlik onun vəzifələrini vitse-prezident Məhəmməd Moxber icra edir.
Mühafizəkarlar bu post uğrunda mübarizə aparır: keçmiş daxili işlər naziri, din xadimi Mustafa Purməhəmmədi, parlamentin spikeri Məhəmməd Baqir Qalibaf və İranın Ali Liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili. İslahatçıları parlamentin üzvü, İranın keçmiş səhiyyə və tibbi təhsil naziri Məsud Pezeşkian təmsil edir.
Bundan əvvəl iranlı siyasi və iqtisadi analitik Ruhullah Modabber bildirib ki, İranda seçki yarışı zamanı ABŞ-la yaxınlaşma tərəfdarları ilə Rusiya və Çinlə əməkdaşlığı gücləndirmək istəyən qüvvələr arasında mübarizə gedir. Onun fikrincə, əgər birincilər qalib gəlsə, Tehran böyük səhvə yol vermək riski daşıyır.
Nuranə Məmmədova