Yaxın zamanlarda İranın Bəndər-Abbas şəhərində Çinin baş konsulluğu açılacaq.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə İranın Hörmüzqan qubernatorunun müavini Ehsan Kamrani məlumat verib.
E.Kamraninin sözlərinə görə, Bəndər-Abbasda Çin Baş Konsulluğunun yaradılması üçün ilkin şərtlər yerinə yetirilib.
Qubernator İranın bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bildirib:
“İran və Çin iqtisadi və ticarət əməkdaşlığını daha da genişləndirməyə çalışırlar”, deyən Kamrani nümayəndəliyin açılmasının əlaqələrin yaxşılaşdırılmasını sürətləndirəcəyinə ümid etdiyini bildirib.
Yeganə