İran rəsmisi: İsrail F-35 Tehranda vurulub

🗓 18.06.2025 12:24 ✍️ "Elçi" qəzeti
İran rəsmisi: İsrail F-35 Tehranda vurulub

İranın paytaxtı Tehranın cənubundakı Veramin rayonunun qubernatoru Hüseyn Abbasi İsrailə məxsus F-35 döyüş təyyarəsinin vurulduğunu bildirib.
Elchi.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-ya danışan Abbasi məsələ ilə bağlı məlumat verib.
İran rəsmisi bəyan edib ki, İsrailə məxsus F-35 döyüş təyyarəsi Veramin yaxınlığında məhv edilib və qəzaya uğrayıb.
Təhlükəsizlik bölmələrinin hadisə ilə bağlı araşdırma başlatdığını bildirən Abbasi, vurulan təyyarənin pilotu ilə bağlı məlumat verməyib.
İran mənbələrinin məlumatına görə, İsrailin İrana hücumlarının başladığı 13 iyundan bu yana 3 İsrail döyüş təyyarəsi vurulub.

Şayəstə Hüseynova

Bənzər yazılar