İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan helikopter qəzasında həlak olublar.
Elchi.az xəbər verir ki, İran dövlət televiziyası dünən prezident Rəisini daşıyan helikopterin qəzaya uğraması nəticəsində sağ qalanların olmadığını açıqlayıb.
15 saatlıq işdən sonra vertolyotun qalıqlarına çatılarkən qəzada həyatını itirənlər arasında Rəisi, xarici işlər naziri Abdullahiyan, Təbriz valisi Malik Rəhməti və İran lideri Xameneinin Təbriz nümayəndəsi Məhəmməd Əli Əl-i Haşim də olduğu bildirilib. .
Qeyd edilib ki, qəzada Reisinin helikopterində olan İnqilab Keşikçiləri Ordusundan 2 yüksək rütbəli hərbçi və 3 ekipaj üzvü də həyatını itirib.
Nuranə Məmmədova