İran millisinin qapıçısı üçün mundial başa çatdı

32

Qətərdə keçirilən dünya çempionatında İngiltərə yığması ilə görüşdə zədələnən İran millisinin qapıçısı Əlirza Beyrənvandın son durumu barədə açıqlama yayılıb.
Elchi.az xəbər verir ki, 30 yaşlı qolkiper mundialdakı digər matçları buraxacağı bildirilib.
Komanda yoldaşı ilə toqquşan Beyrənvand matçdan sonra beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, B qrupunun qarşılaşması İngiltərənin 6:2 hesablı qələbəsi ilə bitib.