İran 25 raketlə İsrailə yeni cavab zərbəsi endirib

🗓 18.06.2025 10:21 ✍️ "Elçi" qəzeti
İran 25 raketlə İsrailə yeni cavab zərbəsi endirib

Hücumlarını davam etdirən İran ardıcıl iki hücumda 25-ə yaxın raketlə yeni cavab hücumu həyata keçirib.
Elchi.az xəbər verir ki, İsrail mətbuatında yer alan xəbərlərə görə, İran İsrailin şimal və mərkəzi bölgələrinə yeni raket hücumu həyata keçirib.
Ölkənin şimalında və mərkəzində həyəcan siqnalları işə salındıqdan sonra İsrailin hava hücumundan müdafiə sistemləri iki dalğada İrandan atılan 25-ə yaxın raketin qarşısını almağa cəhd edib.
İlk dalğada İsrailə 15-ə yaxın raket, ikinci dalğada isə 10 raket atılıb.
İran raketlərinin bəziləri paytaxt Təl-Əvivi hədəfə alıb.
İsrailin "Kanal 12" televiziyasının verdiyi xəbərə görə, ölkənin mərkəzindəki bir binaya mərmi düşdüyü üçün ziyan dəyib, qəlpələr isə şimaldakı bir binaya düşüb.

Şayəstə Hüseynova

Bənzər yazılar