İngiltərədə dünən keçirilən ümumi seçkilərdə qalib gələn İşçi Partiyasının lideri Keir Starmeri kral III Çarlz hökuməti qurmaq vəzifəsinə təyin edib.
Elchi.az xəbər verir ki, Bukingem Sarayından verilən açıqlamaya görə, Kral Çarlz Starmerlə görüşərək hökuməti qurma vəzifəsini ona verib.
Görüşdə Starmerin həyat yoldaşı Viktoriya Starmer və Kral Çarlzın xüsusi müşaviri Klayv Alderton da iştirak edirdi.
Starmerdən əvvəl Kral Çarlz keçmiş baş nazir Rişi Sunak ilə görüşüb. Sunak iclasda istefasını Kral Çarlza təqdim edib.
Görüşlə bağlı Bukingem Sarayından verilən açıqlamada Kral Çarlzın istefanı qəbul etdiyi bildirilib.
İngiltərədə dünən keçirilən ümumi seçkilər nəticəsində Leyboristlər Partiyası 650 yerlik İcmalar Palatasına 410 millət vəkili əlavə etməyə müvəffəq olub, hakim Mühafizəkarlar Partiyasının yerlərinin sayı isə 2019-cu ildəki 365-dən 120-yə enib.
Şayəstə Hüseynova