İngiltərə müdafiə naziri Qrant Şapps Kral Dəniz Piyadaları üçün 6 yeni döyüş gəmisi inşa edəcəklərini açıqlayıb.
Elchi.az xəbər verir ki, Nazir Şapps BBC Radio 4-ün bugünkü proqramında etdiyi şərhdə, Çox Məqsədli Dəstək Gəmisi (MRSS) kimi tanınan bu yeni gəmilərin İngiltərədə inşa ediləcəyini və gələcəyin müharibələri üçün amfibiya xüsusi əməliyyat komando qüvvələrini gücləndirməyə kömək edəcəyini söyləyib.
Böyük Britaniyanın müdafiə xərclərini böyük ölçüdə artırdığı üçün bu gəmilərin inşasının mümkün olduğuna diqqət çəkən Şapps, bunun Britaniya gəmiqayırma sənayesi üçün yeni bir qızıl dövrü təmsil etdiyini söylədi.
İngiltərə Müdafiə Nazirliyindən verilən açıqlamada, daha təhlükəsiz gələcək üçün Kral Donanmasının gəmiqayırma proqramının 28 gəmi və sualtı qayığa çatdırılacağı və bu gəmilərdən 6-nın döyüş gəmisi olacağı qeyd edilib.
Britaniya hökuməti 2022-ci ildə Kral Dəniz Piyadaları üçün yeni gəmilər inşa edəcəyini açıqlayıb.
Şayəstə Hüseynova