“Tesla” və “SpaceX”in baş icraçı direktoru (CEO) İlon Mask 17 mindən çox adadan ibarət İndoneziyaya peyk internet xidməti təqdim edəcək Starlink-in açılışını etdi.
Elchi.az xəbər verir ki, Mask İndoneziyanın Bali adasındakı sağlamlıq klinikasında İndoneziya nazirləri ilə görüşüb.
17 mindən çox adadan ibarət olan İndoneziyanın ən ucqar bölgələrinə internet xidməti təqdim etmək üçün Starlink-i işə salan Musk, “İnternetin az olduğu yerlərə giriş təmin etməkdən çox həyəcanlıyam” – deyib.
Mask İndoneziyada səhiyyə və təhsil sektorlarında internetə çıxışın artırılması üçün müqavilə imzalayıb və ölkənin müxtəlif bölgələrindəki səhiyyə müəssisələri ilə internet sürət testləri həyata keçirib.
Starlink kosmosa əsaslanan sistemdir ki, “SpaceX” uzun illərdir ki, dünyanın təmin olunmayan hissələrinə internetə çıxışı asanlaşdırmaq üçün üzərində işləyir.
Maskın şirkəti “SpaceX”in orbitdəki 3200-dən çox Starlink peyki dünyanın ən ucqar nöqtələrini yüksək sürətli və genişzolaqlı internetlə təmin edir.
“SpaceX” Starlink peykləri ilə yer orbitində 12 min peykdən ibarət şəbəkə yaratmağı planlaşdırır. Layihənin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Nuranə Məmmədova