Hindistanın şimal-şərqində leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 48-ə yüksəlib.
Elchi.az xəbər verir ki, “Hindustan Times” qəzetinin məlumatına görə, Hindistanın şimal-şərq əyalətlərində güclü yağışlar və daşqınlar təsirini davam etdirir.
Səlahiyyətlilər Assam və Manipur əyalətlərində daşqınlar nəticəsində həyatını itirənlərin sayının 48-ə çatdığını açıqlayıb.
Səlahiyyətlilər bölgədəki yaşayış evlərinin yağış və daşqınlardan təsirləndiyini və minlərlə insanın bölgədən təxliyə edildiyini bildirib.
Hindistan Meteorologiya İdarəsi (IMD) şimal-şərq ştatları üçün qırmızı təhlükə elan edib.
Hər il iyun-sentyabr ayları arasında təsirli olan musson yağışları bölgəyə böyük ziyan vurur. Alimlər son illərdə Banqladeşdə və Hindistanın şimal-şərq bölgələrində müşahidə olunan nizamsız və həddindən artıq yağışların iqlim dəyişikliyi ilə bağlı olduğu fikrini bölüşürlər.
Nuranə Məmmədova