Hindistanın cənubundakı Tamil Nadu ştatında 29 nəfərin saxta spirtli içkidən öldüyü bildirilib.
Elchi.az xəbər verir ki, “Press Trust of India” xəbər agentliyinin məlumatına görə, ştat rəsmisi MS Prasanth hadisənin Kallakuriçidə baş verdiyini bildirib.
Prasanth qeyd edib ki, 29 nəfər saxta spirtli içkidən dünyasını dəyişib, 100-dən çox adam müxtəlif xəstəxanalarda müalicə olunub.
Prasanth bildirib ki, ölənlərin sayı arta bilər və bölgəyə təcili yardım maşınları göndərilib.
Dövlət baş naziri M.K.Stalin də X sosial media platformasındakı paylaşımında məsələ ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıb.
Hindistanın şərqində yerləşən və 7 ildir spirtli içkilərin qadağan olunduğu Bihar əyalətində 2023-cü ildə 20 nəfər saxta spirtli içkidən ölüb.
Nuranə Məmmədova