image-tiflisde-bmt-aksiyabackend

Gürcüstandakı Azərbaycan icması BMT-nin Tiflisidəki ofisi qarşısında aksiya keçirib

Gürcüstanda yaşayan Azərbaycan icmasının nümayəndələri Birləşmiş Millətlər Təşkilatının (BMT) paytaxt Tbilisidəki nümayəndəliyi önündə dinc etiraz aksiyası keçirib.

Alp.az xəbər verir ki, Gürcüstan Azərbaycanlılarının Inteqrasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutan aksiyada Ermənistanın beynəlxalq ictimaiyyəti siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirmək cəhdinə etiraz edilib.

Aksiya zamanı “Ermənistan, hücumları dayandır!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistan, bizim torpaqlarımızın minalanmasına son qoy!”, “Ermənistan sülhü deyil, müharibəni seçir”, “Erməni minaları mülki şəxsləri öldürür”, “Erməni minaları = hərbi cinayətlər!”, “Azərbaycan torpaqlarında Ermənistan əsgərləri olmamalıdır!” və sair şüarların əks olunduğu plakatlar nümayiş etdirilib.

Aksiya ilə maraqlanan yerli sakinlərə Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi və ekoloji cinayətlərdən bəhs edən broşürlər paylanılıb.

Broşürlərdə Ermənistanın beynəlxalq hüquq normalarına zidd əməlləri nəticəsində Azərbaycan ərazilərində basdırılmış minaların insan həyatını təhdid etdiyi, 2020-ci il müharibəsindən bəri Azərbaycanda mina qurbanlarının sayının 303 nəfərə çatdığı, rəsmi İrəvanın dəqiq mina xəritələri verməkdən imtinasının insan hüquqlarını pozduğu, erməni KİV-lərinin azərbaycanlılara qarşı pis rəftarla bağlı pərakəndə sübutları yaymasının III Cenevrə konvensiyasına zidd olduğu, bir neçə azərbaycanlı əsgərin girov götürülərkən fiziki, mənəvi işgəncələrə və təhqirlərə məruz qaldığı, Azərbaycanın Qarabağ bölgəsində qızıl və mis-molibden yataqlarının qeyri-qanuni istismar edildiyi, 60 min hektardan çox meşə sahəsinin darmadağın edildiyi, çaylarımızın çirkləndirildiyi və sair faktlar nəzərə çatdırılıb.

Aksiyanın qətnaməsi BMT-nin Tbilisidəki nümayəndəliyinə təqdim edilib. (APA)

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki