Martın 20-də Gürcüstanda NATO-Gürcüstan hərbi təlimləri başlayacaq.
Alp.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Qeyd olunub ki, təlimlər plana uyğun olaraq NATO-Gürcüstan Təlim və Qiymətləndirmə Mərkəzində baş tutacaq.
Bildirilib ki, sayca üçüncüsü keçiriləcək builki hərbi təlimlərdə NATO üzvü və tərəfdaşı olan 20-dək ölkədən hərbçilər iştirak edəcək.
Təlimlərdə iştirakçıların kompüter simulyasiyaları vasitəsi ilə NATO əməliyyatlarının planlanması bacarıqlarını inkişaf etdirəcəkləri qeyd olunub.
NATO təlimləri martın 25-dək davam edəcək.