“WikiLeaks” yaradıcısı Culian Assanjdan şok iddia![img1689241](http://www.elchi.az/wp-content/uploads/2014/11/img1689241-300x225.jpg)
“WikiLeaks” saytının yaradıcısı Culian Assanj “Google” şirkətini ABŞ dövlətinə işləməkdə ittiham edib.
Avropa.info xəbər verir ki, Assanj yazdığı kitabda ünvan olaraq Dövlət Departamentini göstərir.
Assanc şirkətin direktoru Erik Şmidtin, “Google” prezidenti Cared Koenin fəaliyyətini araşdırarkən belə nəticəyə gəlib.
Assanca görə “Google” istifadəçilərin e-mail yazışmalarını Milli Təhlükəsizlik Agentliyinə və FBİ-ya da ötürürmüş.
Assanjın iddiasına görə, sifariş ABŞ-ın siyasi və hərbi maraqları üçün məlumat toplamaq məqsədilə Dövlət Departamenti tərəfindən verilirmiş.