COP29 tədbirinə ev sahibliyi edəcəyi üçün Azərbaycana təşəkkürümü bildirirəm.
Elchi.az xəbər verir ki, bunu “Bakı Enerji Forumu”nun birinci günündə çıxışı zamanı Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) baş katibi Mohamed Hamel deyib.
“Əminliklə bildirirəm ki, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevin rəhbərliyi altında COP29 böyük uğur qazanacaq. Burada məxsusi olaraq addımlar və alınacaq qərarlar enerji keçidi və digər məqamlarda böyük rol oynayacaq”, – deyə o, qeyd edib