Gəncədə sərnişin avtobusu aşıb.
Elchi.az xəbər verir ki, hadisə şəhərin Xan Bağı ərazisində baş verib.
Bir nömrəli marşurut üzrə hərəkət edən sərnişin avtobusu yolun kənarındakı xəndəyə düşərək aşıb.
İlkin məlumata görə, xəsarət alanlar var.
Qeyd edək ki, qəzanın baş verdiyi ərazidə bir müddət öncə yaşayış binası inşa olunurdu. Amma işlər yarımçıq saxlanılmışdı.
***
Hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb edilib.
Xəsarət alan 5 nəfər Zülfüqar Məmmədov adına xəstəxanaya, 2 nəfər Abbas Səhhət adına xəstəxanaya, 1 nəfər isə Uşaq Xəstəxanasına təxliyə olunub.