Finlandiya Rusiyanın BU razılaşmadan çıxmasından NARAHATDIR

88

Finlandiyalı briqada generalı Sami Nurmi jurnalistlərə müsahibəsində Rusiya hakimiyyətinin Finlandiya ilə hərbi təftişlə bağlı sazişdən çıxmaq qərarından narahatlığını ifadə edib.

Elchi.az bu barədə Mk.ru-ya istinadən bildirir.

Hərbçilərin fikrincə, bu sənəd çox vacib idi, dövlətlər arasında etimad ona əsaslanırdı.

“Beləliklə, ölkələrimiz göstərmək istəyirdilər ki, hər şey razılaşma yolu ilə baş verir. Gələcəkdə biz ümumi dil tapmalıyıq, baxmayaraq ki, indi bu çox çətindir”, – deyə Nurmi bildirib.

Yeganə