Fövqəladə Hallar Nazirliyi çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
Elchi.az xəbər verir ki, FHN əhaliyə bir daha müraciət edərək çimərliklərlə bağlı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
– çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək;
– çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;
– küləkli havada dənizə girmək;
– çimərlikdə gecələmək;
– sərxoş halda çimərlikdə olmaq;
– suda kobud hərəkətlər etmək;
– çimərlikdə balıq tutmaq;
– xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!
Yadda saxlayın:
– çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
– qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!