Avropa İttifaqı Şurası Rusiya Federasiyasına qarşı sanksiyalar siyahısını genişləndirib.
Alp.Az UNİAN-a istinadla xəbər verir ki, buraya rusiyalı politoloq Sergey Mixeev, Rusiyanın Birinci Kanalının baş direktoru Konstantin Ernst və rusiyalı oliqarx Roman Abramoviç də daxil olmaqla 15 şəxs daxildir.
Bu barədə Şuranın saytında yerləşdirilən məlumatda deyilir.
Sanksiya siyahısına daha 9 hüquqi şəxs daxil edilib. Beləliklə, Rusiya Federasiyasından 877 fiziki və 62 hüquqi şəxs Avropa İttifaqının məhdudiyyətləri altına düşüb.
Rüfət