“Qarabağa qaz verilişi yenidən dayandırılıb. İnsanlar çətinliklər içərisindədir.” – Alp.az xəbər verir ki, bunu müsahibəsində qondarma rejimin “Ədalət” fraksiyasının deputatı Metaxe Akopyan deyib.
“ Qarabağa güclü qar yağıb. Xankəndində ciddi problemlər var. Meydanda tək qalmışıq. Hazırda rəsmi İrəvan bizə yardım etməkdən çəkinir. Bu anlaşılmazlıq hələ də davam edir. Həyat baxımından ümidsiz bir vəziyyətdir. Bu çətinliklərə görə etiraf edirəm ki, ermənilər Qarabağdan qaçır. Əgər İrəvan bizə dəstək verməsə biz öz bildiyimiz yola davam edəcəyik. Artıq yerli ermənilər Azərbaycana sevgi bəsləyirlər ki, bu da təhlükəli tendesiyadır. Biz problemləri həll etməsək Azərbaycan bu problemləri həll edəcək. O zaman isə insanlar Azərbaycan vətəndaşlığını tələb edəcəklər. Amma bunu İrəvanda anlamırlar”, – deyə Akopyan bildirib.