image-6backend

Erməni politoloqdan SENSASİON ETİRAF:“Bu gün Rusiya olmasa, Qarabağ da olmayacaq “ 

“Regionda hal-hazırda hakim Rusiyadır. Əgər qərb Rusiyanı çökdürsə nə baş verəcək?” – Alp.az xəbər verir ki, bunu erməni politoloq David Stepanyan müsahibəsində bildirib.

“Brüsseldə verilən bəyanatlardan asılı olmayaraq, unutmaq olmaz ki, Rusiya sülhməramlıları Qarabağda sülhməramlı missiya yerinə yetirirlər. Brüssel görüşü bir daha sübut etdi ki, Qərb  Rusiyanı regiondan qovmaq siyasəti aparır. Unutmaq olmaz ki, Ukraynada Rusiyanın məğlubiyyəti dahşətli mənzərə yaradacaq. Etiraf etməliyik ki, Qarabağda bizim olmağımıza şərait yaradan Rusiyadır. Bu gün Rusiya olmasa, Qarabağ da olmayacaq . Müharibə tərəfdarları anlamırlar ki, Azərbaycan 44 günə bizim ordunu məhv etdi. Müharibə istəyirsənsə ordun olmalıdır. O da indi bizdə yoxdur. Məhz buna görə Rusiyanın Qarabağda qalması üçün çalışmalıyıq”- deyə politoloq bildirib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki