image-777777backend

Erməni nəşrindən ŞOK İDDİA: Rusiya Ermənistanı meydanda tək qoyur

Ermənistanda olan iş adamları ölkəni tərk edir. Bu iddia ilə erməni nəşri “Joqovurd” qəzeti çıxış edib. Alp.az xəbər verir ki, “Joqovurd” qəzeti iddia edir ki, sankisyalar səbəbindən Ermənistanda olan rus iş adamları ölkəni tərk edir.

Nəşrin iddiasına görə ilk olaraq Lori rayonundakı “Tequt” mədəni  qeyri-müəyyən müddətə bağlanıb.

Mədənin bağlandığını icma rəhbəri  Davit Qumaşyan da təsdiq edib.

Qeyd edək ki, 2019-cu ildən Tequt mədəni Rusiyanın “VTB” bankının nəzarətində idi.

Nəşr iddia edir ki, bir çox rus iş adamları son günlər Ermənistanı tərk  edir.

Nəşr yazır ki, Rusiya yenə Ermənistanı meydanda tək qoyur.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki