image-dasee-1628072857backend

Erməni nəşrindən SENSASİON YAZI: Paşinyan  Qarabağın Azərbaycan tərkibində ola biləcəyi tezisini irəli sürür

Bu baxış Azərbaycan ictimai mühitində yavaş-yavaş üstünlük təşkil edir. Azərbaycan siyasi elitası Nikol Paşinyanın son “tarixi” bəyanatından sonra ona “tərəfdaş” kimi baxır.

Alp.az xəbər verir ki, bu barədə Ermənistanın “Zham.am” nəşri yazıb.

Qeyd olunub ki, çünki Ermənistanın müstəqilliyinin 30 il ərzində ilk dəfə olaraq erməni rəhbər ictimaiyyət qarşısında Qarabağın Azərbaycan tərkibində ola biləcəyi tezisini irəli sürür.

“Ermənistanın nə ikinci, nə də üçüncü prezidentləri heç vaxt belə bir fikir söyləməyiblər. Levon Ter-Petrosyan 1992-ci ildə Rusiya mətbuatına müsahibəsində belə bir fikri mümkün variant kimi dilə gətirib. Ancaq ölkənin yüksək tribunasından heç kim belə bir fikir söyləməyib. Bu, azərbaycanlıları sevindirən haldır. Ehtimal olunur ki, türklər Ermənistan-Türkiyə sərhədinin açılması üçün ilkin şərt kimi Paşinyanla “işləyiblər”. Təəccüblü deyildi ki, 2019-cu ilin yanvarında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov artıq Ermənistan və Azərbaycan arasında demək olar əldə edilmiş razılaşmadan danışırdı. Lakin elə bu zaman nəsə dəyişdi, Paşinyan kəskin ritorikaya qayıtdı. Üstəlik, həmin ilin yayında Xankəndidə o özünün məşhur “Qarabağ Ermənistandır, vəssalam” şüarını elan etdi. Bundan sonra danışıqlar prosesi faktiki olaraq dayandı, sonra 2020-ci ilin yayında Tavus hadisələri oldu, ondan sonra ikinci Qarabağ müharibəsi başladı”, – deyə nəşr bildirib.Ordu.az

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki