“Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin Brüsseldə görüşündən sonra Nikol Paşinyan Moskvaya səfər etdi. Nikol Paşinyan bu səfər ərəfəsində də özünə əmin bəyanatlar verdi. Onun hakimiyyətdə qalması üçün qərb təminat verib və o Putinlə görüşə tam ürəklə getmişdi” -Alp.az xəbər verir ki, bu barədə ermənilərin “Hraparak” nəşri yazıb.
“Maraqlıdır ki, Nikol Paşinyan Brussel görüşündən sonra demək olar ki, Qarabağdan imtina edən bəyanatlar səsləndirdi. Bu dəqiqdir ki, Brusseldə Şarl Mişel onu inandırmağı bacarıb. Şarl Mişel Nikol Paşinyanı əmin edib ki, Ermənistanın çiçəklənməsi sülhdən keçir. Məhz bunların nəticəsidir ki, aprelin sonuna kimi Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə ikitərəfli komissiya yaradılacaq ki, o da sərhəd boyu təhlükəsizliyi və sabitliyi təmin etmək səlahiyyətinə malik olacaq. Tərəflər demarkasiya və sərhəd təhlükəsizliyi komissiyasının strukturu ilə bağlı razılığa gəliblər. Yaxın vaxtlarda delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının iclasının keçirilməsi ilə bağlı razılıq əldə olunub. Bir sözlə artıq masada hakimiyyət Rusiyanın yox Qərbin əlindədir. Ermənistan da Rusiyadan qopmaq üçün qəti addımlarını atır”- nəşr qeyd edib.