image-news_20220407044917-715x400backend

Erməni müxalifəti : Biz Qarabağı itirmişik!

Ermənistanın siyasi nomenklaturası Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə dünənki danışıqları müzakirə etməkdə və “Qarabağı itirmişik” iddiası ilə özlərinə yer tapmamaqda davam edirlər.

Bu barədə erməni KİV-ləri məlumat verib.

Ermənistan Respublika Partiyasının (ERP) sədr müavini Armen Aşotyan Brüssel görüşünü şərh edərkən, Avropa Şurası prezidentinin görüşün yekunlarına dair bəyanatında “(S)artsaxın statusu, onun gələcəyi haqqında bir kəlmə də olmamasınanarazılığını bildirib.»

Aşotyan qeyd edir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri barədə bir kəlmə də deyilməyib: “Bunun əvəzinə xarici işlər nazirliklərinə sülh müqaviləsi hazırlamağı tapşırılıb. Əvəzində aprelin sonunadək Birgə Sərhəd Komissiyasının yaradılması öhdəliyi ortaya qoyulub».

“Respublikaçı” qoşunların geri çəkilməsinə də öz narazılığını ifadə edib.

Politoloq Edqar Elbakyan isə öz növbəsində Brüsseldə keçirilən görüşü “erməni milli maraqlarının siyasi Qərbin himayəsi altında bir daha basdırılması aktı” adlandırıb.

Onun sözlərinə görə, Aİ prezidentinin bəyanatında “Artsaxın statusu haqqında” heç nə deyilmir.

“ATƏT-in Minsk qrupunun adının çəkilməməsi Minsk qrupunun faktiki olaraq ləğvindən xəbər verir. Elbakyan hesab edir ki, “qoşunların güzgü üsuluyla” çıxarılmasının təsbit edilməsinə gəlincə, bu, “yeni Ermənistan ərazilərinin təslim edilməsi” deməkdir.

Başqa bir hüquq müdafiəçisi Avetik İşxanyan öz Facebook səhifəsində yazıb: “Onun acınacaqlı görkəmi bizim üçün alçaldıcıdır”.

“Brüssel şam yeməyinin fotosuna baxıb utanıb ölürəm. Dodaqlarında diplomatik yarı təbəssümlə Aİ Prezidenti Şarl Mişel Ermənistanın Baş naziri adlandırılan şəxsə alçaldıcı nəzərlərlə baxır”, – deyə İşxanyan qeyd edib.

O, İlham Əliyevin inamlı, Paşinyanın isə yazıq görkəmindən bəhs edib.

“Azərbaycan Prezidentinin üzündə inam və təbəssüm var. Bizim “qəhrəman”ımız isə kresloda tutqun, məzlum, dilənçi görkəmində oturub və bu subyekt Ermənistanı təmsil edir. Onun yazıq görünüşü hamımızı utandırır. Əminəm ki, Ermənistanın tarixində belə savadsız, yazıq lider olmayıb. Təbii ki, bütün xalqlarda belə yazıq insanlar var, amma ola bilməz ki, onlar nəinki hakimiyyətə gəlsinlər, hətta öz vətənlərini düşmənə təslim edərək hakimiyyətdə qalıb ölkəyə rəhbərlik etməyə davam etsinlər. Hamımız üçün rəzalət!”, – deyə İşxanyan yekunlaşdırıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki