image-77backend

Erməni hərbi ekspertdən SENSASİON AÇIQLAMA: Putin Paşinyanı təhdid edir 

“İki gün içərisində Putin ikinci dəfə telefonla  Paşinyanla danışdı. Yenə əsas diqqət  Qarabağdakı vəziyyət idi” -Alp.az xəbər verir ki, bu fikirlər erməni hərbi ekspert Mher Hakobyana məxsusdur.
“Bu danışıqlar nə ilə nəticələnir. Maraqlıdır ki, bu telefon danışıqlarının məramı heç zaman mətbuata açıqlanmır. Rusiya prezidenti Nikol Paşinyandan nə istəyir? Bu detallar hər zaman gizli qalır.” -deyə Mher Hakobyan bildirib.

image-66666

Ekspertin fikrincə Rusiya Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının getməsini istəmir.

“Kreml Nikol Paşinyanla İlham Əliyevin görüşü ərəfəsində öz tələblərini irəli sürür. Bu ondan ibarətdir ki, əgər Paşinyan Azərbaycanla razılığa gəlsə cəzalanacaq. Aydındır ki, Rusiya prezidenti Vladimir Putin dalbadal Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparması onu göstərir ki, Putin Paşinyanı təhdid edir. Bizi indiki halda sülh lazımdır. Sözsüz Azərbaycan və Ermənistan arasında bağlanan sülh müqaviləsi Rusiyaya sərf etmir. Çünki bu halda Rusiyanın  Qarabağda olması öz əhəmiyyətini itirir. Bu zaman dövriyəyə Rusiya girir və Qarabağdakı gizli əlləri vasitəsilə yeni təxribat törədərək biz burda hər zaman lazımıq mesajını verir.  Bir sözlə Qarabağda yeni münaqişənin başlanması ancaq indiki halda Rusiyaya sərf edir və onlar bu planı reallaşdırmaq üçün çalışır” -deyə Mher Hakobyan bildirib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki