“2016-cı ilin aprelindəki 4 günlük müharibədən nəticə çıxartmalıydıq. Amma bunu bacarmadıq ” – Alp.az xəbər verir ki, bu açıqlamanı erməni polkovnik Arkadi Karapetyan verib.
Erməni polkovnik bildirib ki, erməni ordusunda ciddi ruh düşkünlüyü olub və bu gündə var.
“44 günlük müharibəni xatırlayın erməni əsgərləri yeknəsək olaraq öz döyüş postlarını atıb qaçırdılar. Mən bir çox döyüşçülərlə həmsöhbət olmuşam. Orduda əsgərə ancaq silahdan atəş açmağı yox, sevgini də aşılatmaq lazımdır. Məhz bu amillərin çatışmazlığı idi ki, orduda fərarilik var idi. Bu təbliğat Azərbaycan ordusunda daha yaxşı idi. Onlar döyüşdən qaçmır sona qədər döyüşürdülər. Erməni əsgərlər Azərbaycan əsgərindən buna görə qorxurdu. İndi biz orduda bu çatışmazlıqları düzəltməliyik. Amma indiki komandanlıq bunu bacarmayacaq “- deyə Arkadi Karapetyan bildirib.